- Faq
Tez tez VERİLƏN Suallar
1. JetPark nədir və necə işləyir?
JetPark sürücülər və avtomobil sahibləri üçün xüsusi xidmətlər təklif edən taksi parkıdır. Avtomobil sahibləri maşınlarını JetPark-a təqdim edir, biz isə onları idarə edərək sabit gəlir təmin edirik. Sürücülər isə JetPark vasitəsilə yüksək gəlirli iş şəraitində çalışırlar.
2. JetPark ilə əməkdaşlıq etmək üçün nə etmək lazımdır?
Sahibkarlar: Müraciət formasını doldurun və avtomobilinizi qeydiyyatdan keçirin.
Sürücülər: Müraciət formasını doldurun, sürücülük sənədlərinizi təqdim edin və işə başlayın.
3. JetPark avtomobil sahiblərinə hansı üstünlükləri təqdim edir?
Hər ay sabit gəlir.
Texniki baxış və əməliyyat işləri park tərəfindən həyata keçirilir.
Risk və xərclər minimum səviyyədədir.
4. JetPark sürücülərə hansı üstünlükləri təqdim edir?
Qazancın 50%-i sürücüyə aiddir.
Hədəflərə çatdıqda əlavə həftəlik və aylıq bonuslar.
Stabil iş rejimi və peşəkar dəstək.
5. JetPark üçün avtomobil seçimi necə edilir?
Marka: Toyota Prius, Toyota Aqua, Ford Fusion və s.
Rəng: Ağ (üstünlük verilən).
Yaş: Avtomobil 8 yaşdan böyük olmamalıdır. Avtomobiliniz tələblərə uyğundursa, bizə müraciət edə bilərsiniz.
6. JetPark sürücülük tələbləri hansılardır?
Etibarlı sürücülük vəsiqəsi.
Minimum 2 il sürücülük təcrübəsi.
İş rejiminə uyğun fəaliyyət göstərə bilmək.
7. Taksi sürücüsü olmaq üçün hansı prosedurlardan keçmək lazımdır?
AYNA-nın Təlim-Tədris Mərkəzində təlim keçmək (76 AZN ödəniş).
Təlim müddəti: 4 gün (hər gün 4 saat).
DİM-də qeydiyyatdan keçmək və 35 AZN ödəniş etmək.
İmtahanı uğurla bitirən sürücülərə sertifikat təqdim edilir.
8. JetPark sürücülərinə hansı növ təlim və dəstək təqdim edir?
Dispetçer Xidməti: Sürücülərin işini daha rahat təşkil etmək üçün.
Peşəkar Dəstək: Müştəri xidməti və texniki dəstək.
Təlimlər: Etik davranış qaydaları, müasir texnologiyaların istifadəsi və təhlükəsizlik mövzuları.
9. Avtomobil sahibləri üçün gəlir təminatı necə həyata keçirilir?
Avtomobil sahibləri JetPark-a qoşulduqda hər ay sabit gəlir əldə edir. Park avtomobillərin texniki və əməliyyat idarəsini öz üzərinə götürür, sahibkara yalnız gəlir təmin edir.
10. İşdən çıxmaq istəyən sürücülər hansı proseduru izləməlidir?
Sürücü işdən çıxmaq istədiyini minimum 10 gün öncədən parka yazılı şəkildə məlumat verməlidir.